Onlayn ictimai-siyasi qəzet
İran Tehrandakı Fransa səfirliyinin iki əməkdaşını persona non-qrata elan edib və onların ölkəyə girişinə qadağa qoyub.
Musavat.com xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.
İran rəsmilərinin sözlərinə görə, fransız diplomatları iyul ayında Tehranda xarici müdaxilə ilə bağlı böyük bir işə qarışan şəxslərlə gizli görüşlər keçiriblər.
İran Xarici İşlər Nazirliyi Fransa nümayəndələrinin hərəkətlərinin beynəlxalq hüququ, xüsusən də 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarını pozduğunu bildirib.
Departament vurğulayıb ki, qərar Fransa hakimiyyətinin hadisəyə lazımi reaksiya verməməsi səbəbindən də verilib. Tehranın sözlərinə görə, Paris lazımi tədbirləri görməyib və oxşar hadisələrin təkrarlanmayacağına dair zəmanət verməyib.
Buna cavab olaraq Paris qarşılıqlı tədbirlər görmək niyyətində olduğunu açıqlayıb. Fransa yaxın günlərdə iki İran diplomatını ölkədən çıxarmağı planlaşdırır.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ