İnsanlara hürriyət, millətlərə istiqlal!

İran diplomatları çamadanlarla dolları bu ölkəyə DAŞIDI

Altı İran diplomatı pasport və siyasi toxunulmazlıqdan istifadə edərək son aylarda kommersiya reysləri ilə Beyruta çamadanlarla böyük məbləğdə nağd pul aparıb. Vəsait "Hizbullah"ın maliyyə və əməliyyat imkanlarını bərpa etmək üçün nəzərdə tutulub.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, pul köçürmələri təşkilatın ciddi maliyyə böhranı yaşadığı və öz üzvlərinə ödəniş etməkdə çətinlik çəkdiyi bir dövrə təsadüf edir. Mənbələrin məlumatına görə, diplomatlar vəsaiti gömrük yoxlamalarından yayınaraq ölkəyə keçiriblər.

İranın Türkiyədəki keçmiş səfiri Məhəmməd İbrahim Taherianfərd ötən ay Əraqçı ilə birlikdə Beyruta uçarkən içərisi dollarla dolu çamadan daşıyıb.

Adları hallanan diplomatlar:

• Məhəmməd İbrahim Taherianfərd – İranın Türkiyədə keçmiş səfiri;
• Məhəmməd Rza Şirxodayi – Xarici İşlər Nazirliyinin əməkdaşı;
• Həmid Rza Şirxodayi – diplomat;
• Rza Nedayi – diplomat;
• Abbas Əsgəri – diplomat;
• Əmirhəmzə Şiranirad – İranın Kanadadakı səfirliyinin əməkdaşı. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR