İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsan alverinə görə axtarışda olanların SİYAHISI

Hazırda insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 13 nəfərdir. Onlardan 1-i kişi, 12-si isə qadındır.

Musavat.com unikal.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslərin siyahısını təqdim edir:

Musayev Əbdül Ruslam oğlu – 02.04.1997-ci ildə Qax rayonunda anadan olub. Qax rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin fahişəliyə cəlb etmə maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub. Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Şiriyeva Vüsalə Raqib qızı – 16.05.1981-ci ildə Astara rayonunda anadan olub. Astara rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2024-cü ildə axtarış elan edilib.

Məmmədova Gülnarə Vladimir qızı – 03.04.1979-cu ildə Lənkəran şəhərində anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2022-ci ildə axtarış elan edilib.

Orucova Ruhəngiz Şükür qızı – 14.01.1987-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qurbanzadə Şəkər Ağabala qızı – 07.02.1962-ci ildə Yevlax rayonunda anadan olub. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

İsayeva Azadə Eynəli qızı – 14.05.1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub. Goranboy rayon sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdiyeva Hicranə Rəcəb qızı – 28.07.1969-cu ildə Quba şəhərində anadan olub. Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2018-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Cəfərova Esmira Sabir qızı – 18.08.1972-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri və fahişəliyə cəlb etmə maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub. Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı –01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir.Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı –20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub. Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

İnsan alverinə görə axtarışda olanların SİYAHISI

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyul 2026

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR