İnsanlara hürriyət, millətlərə istiqlal!

İnanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirildi"

Hindistanın Maharaştra ştatında inanılmaz hadisə baş verib. Ailəsinin dəfn etməyə hazırlaşdığı 103 yaşlı qadın qəfildən öz dəfn mərasimində "dirilib". Yerli sakinlər bu hadisəni möcüzə adlandırıb və məlumat Hindistan KİV-də gündəm olub.

Məlumata görə, dəfn mərasimi üçün hər şey hazır idi: evin qarşısında ənənəvi çadır qurulub, cəsədə dəfn sarisi geyindirilib, qohumları toplaşıb və nəqliyyatı gözləyiblər. Lakin bir məqamda qadın hərəkət etməyə başlayıb və oturub, bu anı orada toplaşanlar heyrətlə izləyiblər. Maraqlıdır ki, bu hadisə qadının doğum gününə təsadüf edib.

Dəfn mərasimi əvəzinə yaxınları Qanqabainin 103-cü doğum gününü sevinc və coşqu ilə qeyd ediblər. "Dirilən" qadının qohumları baş verənləri əsl möcüzə adlandırıblar./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR