İnsanlara hürriyət, millətlərə istiqlal!

İlhamə Qasımovanın gerçəkləşməyən arzusu

“Mən müğənni olmaq istəməmişəm ki, kiminsə ardınca deyim ki, buna oxşayım. Sadəcə olaraq sevdiyim müğənnilər olub və onları dinləyib ifa etməyi öyrənmişəm. Mənim məktəbim onları çoxlu dinləmək olub”.

Bu sözləri müğənni İlhamə Qasımova “İncə səhər” verilişində deyib.

O, idmançı olmağı arzuladığını bildirib:

“İndiyə qədər ən sevdiyim müğənni Maykl Ceksondur. Pop musiqinin 70 faiz ən öndə gedən hər bir şeyini səhnəyə o gətirib. Amma deyim ki, özümü ona oxşatmaq arzularım da olub. Daha çox idmançı olmağı arzulamışam, nəinki müğənni. Mən idmanda olsaydım, bilirəm ki, çox uğurlu olardım”.  (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR