Onlayn ictimai-siyasi qəzet
Əlcəzair Milli Xalq Assambleyası Fransanın 1830-cu ildən 1962-ci ilə qədər ölkədəki müstəmləkə fəaliyyətlərini cinayət hesab edən qanun layihəsinə səs verib.
Musavat.com xəbər verir ki, qanun layihəsi spiker İbrahim Buqalinin sədrliyi ilə keçirilən iclasda iştirak edən parlament üzvləri tərəfindən yekdilliklə təsdiqlənib.
Qanun Fransanın Əlcəzairi müstəmləkə etməsini cinayət hesab edir. Parlament, həmçinin Paris hökumətindən Əlcəzairdəki müstəmləkə keçmişinə görə rəsmi üzr istəməyi və təzminat tələb edib.
Paris isə Əlcəzairin bu addımını "düşmənlik hərəkəti" kimi xarakterizə edib.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ