Onlayn ictimai-siyasi qəzet
Moskvada estetik əməliyyat zamanı baş verən bədbəxt hadisə son anda qəza ilə nəticələnməyib.
Musavat.com xəbər verir ki, paytaxtdakı "Maka-Med" klinikasına döş böyütmə əməliyyatı üçün gələn 51 yaşlı tanınmış qadın bodibilder narkoz qəbul etdikdən dərhal sonra huşunu itirib.
Həkimlərin təcili reanimasiya tədbirləri sayəsində idmançının həyatını xilas etmək mümkün olub. Hazırda vəziyyəti orta ağır qiymətləndirilən qadın digər xəstəxanalardan birinə köçürülüb.
Qiyməti 200 min rubldan (təxminən 3 800 – 4 000 Azərbaycan manatı) başlanan bu əməliyyatdan sonra baş verən insidentlə əlaqədar olaraq klinakaya polis əməkdaşları cəlb olunub və araşdırma aparılır.
Musavat.com
12 Avqust 2026
11 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ