Onlayn ictimai-siyasi qəzet
Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses xalq ozanı Neşet Ertaşın xatirəsini anmaq üçün Kırşehirə gedib.
Musavat.com xəbər verir ki, Tatlıses Ertaşın məzarını ziyarət edib və dua oxuyub.
“Neşet usta ilə yollarımız çox da tez-tez kəsişməyib. Bir dəfə “İbo Show”da qonaq olmuşdu, bir dəfə də İzmir hava limanında qarşılaşmışdıq. Amma onun sənətindən çox bəhrələnmişəm. Onun sayəsində çox çörək qazanmışıq. Böyük bir sənətkarı itirdik. Allah rəhmət etsin!”, - İbrahim Tatlıses bildirib.
Müğənni həm Neşet Ertaşın, həm də atası Muharrem Ertaşın ölümündən sonra daha çox dəyərləndirildiyini vurğulayıb:
“Atasının da dəyəri dünyadan köçdükdən sonra bilindi, Neşet Ertaşın da. Hər ikisi xalq musiqimizin əvəzsiz nümayəndələridir”.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ