Onlayn ictimai-siyasi qəzet
Meqastar Tarkan Ankarada verdiyi konsertdə minlərlə pərəstişkarı ilə görüşüb.
Musavat.com xəbər verir ki, yağışa baxmayaraq, Tarkan təxminən 2 saat səhnədə qalaraq ən sevilən mahnılarını ifa edib.
53 yaşlı sənətçi çıxışdan əvvəl tamaşaçılara “Ankara, yağışa baxmayaraq, bu gecə əylənəcəyik, dayanmaq yoxdur” sözləri ilə müraciət edib.
Konsert məkanını saatlar əvvəl dolduran pərəstişkarlar böyük həyəcan yaşadıqlarını bildiriblər. Onlar konsertin sonuna qədər Tarkanın ifasına qoşulublar.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ