Onlayn ictimai-siyasi qəzet
HƏMAS rəhbərliyi İsrailin Türkiyədəki Fələstin hərəkatı üzvlərini hədəf ala biləcəyindən ehtiyatlanır.
Musavat.com xəbər verir ki, bu fikri hərəkatın siyasi bürosunun üzvü Məhəmməd Nəzzal Misirin "Əl-Qad" televiziya kanalına bildirib:
"Biz bu ehtimalı istisna etmirik - İsrail mütləq Qətər ssenarisini təkrarlamaya və Türkiyə ərazisinə raketlərlə zərbə endirməyə bilər, amma başqa üsullardan da istifadə edə bilər. Buna görə də HƏMAS-da başa düşürük ki, Qəzzanı tərk etmək rəhbərliyimizin təhlükəsizliyinə zəmanət vermir; hazırda anklavda olanların getmək niyyəti yoxdur".
Siyasi Büro üzvü təsdiqləyib ki, HƏMAS Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsi ilə bağlı Misir, Qətər və Türkiyə vasitəçiləri ilə fəal şəkildə danışıqları davam etdirir. Bu baxımdan, o, ABŞ administrasiyası ilə birbaşa əlaqə imkanlarını mümkün sayaraq qeyd edib ki, "belə bir görüş hələ planlaşdırılmayıb, lakin bu, istənilən vaxt baş tuta bilər". Nəzzal Vaşinqtonla planlaşdırılan danışıqlarla bağlı əlavə məlumat verməyib.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ