İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazal Kaya ifadə verdi

Türkiyənin tanınmış aktrisası Hazal Kaya İstanbul Baş Prokurorluğunun "Ahbap" Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində ifadə vermək üçün Çağlayandakı İstanbul Ədliyyəsinə gəlib.

Musavat.com xəbər verir ki, "Ahbap" Dərnəyinin təsisçisi Haluk Levent və sosial media fenomeni Oğuzhan Uğur da daxil olmaqla 28 nəfərin həbs olunduğu cinayət işi üzrə istintaq davam edir.

İş çərçivəsində jurnalist və tanınmış simaların da məlumatlı şəxs qismində ifadələri alınır.

Hazal Kaya da prokurorluq tərəfindən ifadə verməyə çağırılan şəxslər arasında olub. Aktrisa bu gün vəkili ilə birlikdə İstanbul Ədliyyəsinə gələrək ifadə verib. Onun məhkəmə binasının dəhlizlərində rahat görünməsi isə Türkiyə mediasının diqqətindən yayınmayıb.

Bundan əvvəl istintaq çərçivəsində jurnalistlər Özlem Gürses, Ruşen Çakır, Fatih Altaylı, komediya ustası Şahan Gökbakar və sosial media fenomeni Fatih Koparan da ifadə verməyə çağırılmışdı. Özlem Gürses və Ruşen Çakır bu gün səhər saatlarında Ədliyyəyə gələrək ifadə veriblər.

Xatırladaq ki, jurnalistlər Ece Üner və Fatih Portakal, müğənni Gökhan Özoğuz, aparıcı Öykü Serter və vəkil Feyza Altun məlumatlı şəxs qismində prokurorluqda ifadə vermişdilər.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR