İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakimlərin Etik Davranış Kodeksi layihələri təsdiq olunub

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Musavat.com xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının Aparatı və işçi qrupları tərəfindən məhkəmə fəaliyyətinə dair hazırlanmış layihələr ətrafında müzakirələr aparılıb, “Azərbaycan Respublikası məhkəmələrinin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə sahə Siyahısı və onun tətbiq olunmasına dair Təlimat” və dövrün tələblərinə uyğun olaraq yenidən işlənilmiş “Hakimlərin Etik Davranış Kodeksi” layihələri təsdiq olunub.

Sonra Cinayət mühakiməsi icraatı üzrə ədalət mühakiməsinin səmərəliyinin təhlilinə dair İşçi qrupunun təqdimatı dinlənilib. Eyni zamanda intizam icraatı üzrə işlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

19 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR