İnsanlara hürriyət, millətlərə istiqlal!

Hadisədən ayrılıq qərarı - Tənqidlərə dözmədi

Türkiyəli müğənni Hadisə Ramazan ayı münasibətilə UNICEF (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) ilə birgə hazırladığı videoçarxdan sonra sosial şəbəkələrdə artan tənqidlər fonunda ikinci dəfə açıqlama verib.

Musavat.com xəbər verir ki, videonu silən sənətçi UNICEF-lə əməkdaşlığa son qoyduğunu bəyan edib.

UNICEF-in Ramazan ayına həsr olunmuş ianə kampaniyası çərçivəsində yayımlanan video gündəmdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi videoda Türkiyənin “yardıma möhtac ölkə” kimi təqdim edildiyini iddia edərək Hadisəyə etirazını bildirib. Qısa müddətdə tənqidlərin dozası artıb və sosial mediada hətta onun vətəndaşlıqdan çıxarılması ilə bağlı çağırışlar səsləndirilib.

İlk açıqlamasından sonra da tənqidlərin səngimədiyini görən müğənni yenidən izləyicilərinə müraciət edib və UNICEF-lə yollarını ayırdığını açıqlayıb:

“Dünənki açıqlamamdan sonra bir neçə məqamı da əlavə etmək istəyirəm. Mesajlarınızı və rəylərinizi diqqətlə oxuyuram, reaksiyalarınızı görür və sizi anlayıram. Hörmətlə yanaşıram. Qadınların, uşaqların, bütün insanların və canlıların yaşamaq hüququ ilə bağlı illərdir sərgilədiyim mövqe hər kəsə məlumdur. Bu mövqeyimdən heç vaxt geri çəkilməmişəm və çəkilməyəcəyəm. Yardım kampaniyaları ilə bağlı bundan sonra daha həssas və diqqətli davranacağımı xüsusilə vurğulayıram. Eyni zamanda artıq UNICEF-lə əməkdaşlığıma son verdiyimi də sizinlə bölüşürəm.

Bu mübarək Ramazan ayında başda Qəzza olmaqla yardıma ehtiyacı olan uşaqlara dəstəyimi tam müstəqil şəkildə davam etdirəcəyəm və əlimdən gələni edəcəyəm”.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR