İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözlənilmədən Zaporojyeyə GETDİ: Kəşfiyyatçılarla GÖRÜŞDÜ - VİDEO

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov gözlənilmədən Zaporojye cəbhəsində ön mövqelərə səfər edib.

Musavat.com xəbər verir ki, bu barədə RBK-Ukrayna Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

Bildirilir ki, Budanov Zaporojye istiqamətində “Timur xüsusi təyinatlı bölməsi”nin mövqelərinə gələrək zabit və əsgərləri ilə görüşüb. O, döyüşçülərin xidmət şəraiti ilə tanış olub, peşəkarlıq və cəsarətinə görə kəşfiyyatçıları mükafatlandırıb.

Kəşfiyyat idarəsində qeyd olunub ki, Budanovun səfəri xüsusi təyinatlıları üçün “tam gözlənilməz” olub.

Xatırladaq ki, daha əvvəl Rusiya tərəfi Zaporojye vilayətində Qulyaypol yaxınlığındakı Dobropolye üzərində nəzarəti ələ keçirdiklərini iddia etmişdi. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu məlumatları təkzib edərək, yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bəyan edib. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin məlumatına görə isə Rusiya Qulyaypol istiqamətini prioritetlərindən biri kimi müəyyənləşdirərək, burada azı üç ordu və bir diviziyanın qüvvələrini cəmləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR