İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəllik üçün uşağın həyatını təhlükəyə atanlar– DİQQƏT

Son vaxtlar valideynlər arasında uşaqların saçına keratin tətbiq etdirmək dəb halını alıb. Lakin mütəxəssislər bu prosedurun azyaşlılar üçün təhlükəli olduğunu bildirir. Aparılan müşahidələrə görə, keratin düzləşdirmə zamanı istifadə edilən kimyəvi maddələr və yüksək temperatur uşaqlarda bir sıra sağlamlıq problemlərinə yol aça bilər.

Bəs uşaqların saçına edilən keratinlər hansı risklərə səbəb olur?

Musavat.com mövzu ilə bağlı mütəxəssislərin fikrini öyrənib.

Pediatr Günay Rəsulova bildirib ki, bu qədər ağır kimyəvi maddələr və yüksək temperaturla təmas lazımsız riskdir:

Uşaq yaş qruplarına keratin məsləhətli deyil. Kəskin və ciddi allergik reaksiyalara səbəb ola bilər. Keratin maddəsi və dərmanı uşaq yaşı üçün nəzərdə tutulmayıb, keratin düzləşdirmə prosedurları azyaşlılar üçün təhlükəsiz hesab edilmir və valideynlər bundan uzaq durmalıdır.

Keratin məhsullarının böyük hissəsi formaldehid və digər kimyəvi maddələr ehtiva edir. Bu maddələr tənəffüs yolu ilə uşağın orqanizminə daxil olaraq göz və boğazda yanma hissi, öskürək, nəfəs darlığı, baş ağrısı kimi simptomlara səbəb ola bilər. Xüsusən astma və allergiyası olan uşaqlar üçün risk daha yüksəkdir.

Uşaqların saç və dəri quruluşu böyüklərdən xeyli daha həssasdır. Prosedur zamanı istifadə edilən 200°C-dən yuxarı istilik saç tellərinin yanmasına, qırılmasına, saç köklərinin zəifləməsinə və hətta saç dərisində yanıq yaralarına gətirib çıxara bilər.

Uşağın orqanizmi hələ inkişaf mərhələsindədir. Bu qədər ağır kimyəvi maddələr və yüksək temperaturla təmas lazımsız riskdir. Estetik səbəblərlə uşağın sağlamlığını təhlükəyə atmaq doğru deyil”.

gunayresul.jpg (64 KB)


Saç xəstəlikləri üzrə mütəxəssis, trixoloq Aytən Hüseynova bildirib ki, keratin uşaqlara da, böyüklərə də zərərlidir:

“Uşaqlarda dəri xəstəliyi və allergiya yarada bilər. Seboreya dermatit yaranır Alopesia dazlıq yarada bilər. 80% isə tənəffüs yollarından keçən allergiya ilə boğazda tutulma riski yaradar.
Bu zaman intoksikasiya fonunda allergik reaksiyalar, bronxial astma və kanserogenez yüksək risk daşıyır. Həmçinin gözün selikli qişasının da qıcıqlanmasına və yuxarı tənəffüs yollarının zədələnməsinə səbəb olur. Ona görə bu prosedur aparılan otaqda yüksək havalandırma olmalıdır. Ümumiyyətlə, kimyəvi maddə uşaqlara tövsiyə olunmur.Saçda və daxildə zərərləri 80% qədər hesab olunur.

Keratin istifadəsinin zərərləri:

Saçın Zəifləməsi: Həddindən artıq keratin istifadəsi saçların quru və kövrək olmasına səbəb ola bilər. Saçlar ilkin olaraq hamar və parlaq görünsə də, uzunmüddətli istifadədə saçın təbii strukturu zədələnə bilər.

Allergik reaksiyalar: Bəzi insanlar keratin məhsullarına qarşı allergik ola bilərlər. Bu, dəridə qızarıqlıq, qaşınma və ya həssaslıq şəklində özünü göstərə bilər. Baş dərisində kəpək və ya qıcıqlanma da baş verə bilər.

Tökülmə Riski: Həddindən artıq istilik və kimyəvi maddələrdən istifadə saç köklərinin zəifləməsinə və saç tökülməsinə səbəb ola bilər. Bu xüsusilə tez-tez keratin müalicəsi keçirən insanlarda daha çox görünür.

Seboreya bəzi hallarda keratindən belə yarana bilər. Çünki Seboreya kəpək xronoki dermatiti xanım pasientlərimdə araşdırma etdikdə keratindən sonra saçımda qaşınma və kəpək baş verib. Ümumiyyətlə Seboreya həm daxildən, həm də xaricdən salonda kimyəvi vasitələrdən istifadə etdikdə yaranır”.

ayten.png (48 KB)

Könül İbrahim 
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR