Onlayn ictimai-siyasi qəzet
İndoneziyada göyərtəsində 243 nəfər olan bərə ilə əlaqə kəsilib.
Musavat.com "Reuters"-ə istinadən xəbər verir ki, Cənubi Kalimantan əyalətinin paytaxtı Banjarmasindəki axtarış və xilasetmə orqanı “Virgo Transport 8” gəmisi İndoneziyanın ikinci ən böyük şəhəri Surabayadan gedərkən onunla rabitə əlaqəsi kəsilib. İlkin məlumatlara görə, onun son məlum yeri Yava dənizində, Banjarmasindəki körpüdən təxminən 148 km məsafədə olub. Hələlik xəsarət alanlar barədə məlumat verilməyib.
Banjarmasin xilasetmə agentliyinin əməliyyat rəhbəri Arianto Ardi gəmi ilə əlaqənin itirilməsini təsdiqləyib və xilasedicilərin artıq əraziyə göndərildiyini deyib: "Biz Trisaktidə əməliyyat mərkəzi yaratmışıq".
Gəmi Surabayadan Banjarmasinə gedərkən, fırtınaya düşüb və onunla əlaqə kəsilib.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ