Onlayn ictimai-siyasi qəzet
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ