İnsanlara hürriyət, millətlərə istiqlal!

Görünməmiş bank soyğunu: Minlərlə seyf yarıldı

Almaniyanın Gelsenkirxen şəhərində Milad bayramı günlərində genişmiqyaslı bank soyğunu baş verib.

Musavat.com xəbər verir ki, naməlum şəxslər Sparkasse bankının yerli filialını hədəf alaraq təxminən 3200 fərdi seyfi yarıblar.

Polisin məlumatına görə, cinayətkarlar bank binasına birbaşa deyil, qonşu binadan gizli keçid açaraq daxil olublar və seyf anbarına yol tapıblar. Hadisə nəticəsində təxminən 2700 müştəri zərər çəkib.

İlkin qiymətləndirmələrə əsasən, dəymiş zərər 10 milyon avrodan 90 milyon avroya qədər dəyişə bilər. Alman KİV-ləri isə itkinin təxminən 30 milyon avro civarında olduğunu yazır. Dəqiq məbləğ hələlik müəyyən edilməyib.

Hazırda hadisə ilə bağlı heç bir saxlanılan şəxs yoxdur. Polis cinayətdə istifadə olunduğu ehtimal edilən qara rəngli Audi RS6 avtomobilini axtarışa verib və onun soyğunla əlaqəli ola biləcəyini bildirir.

Hüquq-mühafizə orqanları hadisəni son illərin ən böyük bank soyğunlarından biri kimi qiymətləndirir. Araşdırma davam edir, təhlükəsizlik kameralarının görüntüləri və digər sübutlar təhlil olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2026

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR