İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Ağalarov "DreamFest"də valideynləri ilə bir araya gəlib - VİDEO

"Agalarov Development” şirkətinin prezidenti, “Sea Breeze” kurort şəhərciyinin təsisçisi Emin Ağalarov "DreamFest" musiqi festivalında valideynləri ilə bir araya gəlib.

Musavat.com xəbər verir ki, Xəzər dənizinin sahilində baş tutan möhtəşəm festival çərçivəsində məşhur müğənni və iş adamı ailəsi ilə birgə görüntülənib. Tədbir zamanı Emin Ağalarovun atası, tanınmış iş adamı Araz Ağalarov və anası İrina Ağalarova da festivalın fəxri qonaqları arasında yer alıblar.

Səmimi anların yaşandığı gecədə Ağalarovlar ailəsinin bir arada olması tədbir iştirakçılarının və mətbuatın böyük marağına səbəb olub.

Qeyd edək ki, "DreamFest" beynəlxalq musiqi festivalı hər il "Sea Breeze" ərazisində təşkil olunur və dünyanın müxtəlif ölkələrindən populyar ulduzları bir araya gətirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR