İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İranda bu dəhşətli silahdan İSTİFADƏ EDİB

"The Wall Street Journal" (WSJ) qəzeti ABŞ Kosmik Qüvvələrinin İran və Venesueladakı əməliyyatları dəstəkləmək üçün qabaqcıl radioelektron mübarizə sistemlərindən istifadə etdiyini yazıb.

Musavat.com xəbər verir ki, sözügedən texnologiyalar rəqibin peyk rabitəsini pozmaq, elektromaqnit təhdidlərini vaxtında aşkar etmək və onların mənbəyini dəqiq müəyyənləşdirmək üçün nəzərdə tutulub.

Nəşrin məlumatına əsasən, ABŞ hərbçiləri düşmənin peyk rabitəsini sıradan çıxarmaq üçün “Meadowlands”, elektromaqnit təhdidlərini təsbit edərək yerini dəqiqləşdirmək üçün isə “Bounty Hunter” sistemindən istifadə edirlər.

Bundan əlavə, ABŞ Kosmik Qüvvələri daşınabilən “Remote Modular Terminal” sisteminin əraziyə yerləşdirilməsini sürətləndirib. Bildirilir ki, son bir il ərzində məhz bu avadanlıq İran və Venesueladakı hərbi əməliyyatlara dəstək məqsədilə döyüş növbətçiliyinə gətirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR