İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə yarısı müharibə riski: ABŞ İrana zərbə endirə bilər

ABŞ Hərbi-Dəniz Qüvvələrinin aviadaşıyıcı zərbə qrupu Malakka boğazına daxil olaraq Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə The Jerusalem Post məlumat yayıb.

Məlumata görə, paralel şəkildə İsrail ABŞ-ın İrana mümkün hərbi zərbəsi ilə bağlı hazırlıq mərhələsini tamamlayıb. Mənbələr tərəflər arasında mümkün əməliyyat ssenariləri üzrə koordinasiyanın aparıldığını bildirir.

Regionda gərginliyin kəskin artması fonunda bir sıra beynəlxalq aviaşirkətlər Yaxın Şərq istiqamətində uçuşları ləğv etməyə başlayıb. Bu addım gecə saatlarında baş verə biləcək hadisələrlə bağlı narahatlıqları daha da gücləndirib.

Hazırda ABŞ administrasiyası məsələ ilə bağlı rəsmi açıqlama verməsə də, hərbi aktivliyin artması mümkün zərbə ssenarisinin real gündəmdə olduğunu göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR