İnsanlara hürriyət, millətlərə istiqlal!

Əslən Kəlbəcərdən olan soydaşımız Ukraynada həlak olub

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Musavat.com bildirir ki, bu barədə Gencexeber.az xəbər yayıb. Məlumata görə, 1991-ci il təvəllüdlü Yasin Cəfərov Ukraynada gedən döyüşlərdə Rusiya tərəfdən vuruşarkən həlak olub.

Yaxınları bildirib ki, sentyabrın 22-dən etibarən onunla əlaqə kəsilib və uzun müddət xəbər alınmayıb. Dekabrın 13-də Yasin Cəfərovun nəşi tapılıb. Dekabrın 16-da isə cənazə Gəncə şəhərinə gətirilərək dəfn edilib.

Mərhum Rusiya vətəndaşı olub. Gəncə şəhərində böyüyən Yasin Cəfərov əslən Kəlbəcər rayonundandır. Onun Gəncədə evi olub və Azərbaycana gəlişləri zamanı burada qalırmış.
Yasin Cəfərovun bir oğlu yadigar qalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR