İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanı sarsıdan rəqəmlər: Kritik hədd keçildi, geri dönüş yoxdur

Ermənistanda ana olma yaşının yuxarı həddi sürətlə artır ki, bu da ölkəni ciddi demoqrafik böhranla qarşı-qarşıya qoyur.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hazırda bu ölkədə ana olma yaşı ortalama 29,2-yə yüksəlib və bu tendensiya təkcə Ermənistanda deyil, artıq 30 ildən çoxdur ki, demək olar, bütün dünyada müşahidə olunur.

Ermənistan Dövlət İqtisad Universitetinin İdarəetmə fakültəsinin dekanı Manuk Movsisyanın sözlərinə görə, bu vəziyyətin kökündə cəmiyyətdə təfəkkürün və həyat tərzinin dəyişməsi dayanır.

Ekspertin proqnozlarına görə, yaxın illərdə bu tendensiya daha da kəskinləşəcək və ana olma yaşı daha 1-2 il artacaq. Bu baxımdan, ermənilər artıq bu gün qocalan millət sayılır, bəzi qiymətləndirmələrə görə isə Ermənistan artıq tam qocalmış bir cəmiyyətdir.

Məlumata görə, 2025-ci ildə ölkədə doğum əmsalı 1,7 təşkil edib ki, bu da əhalinin sayın sabit qalmasını belə təmin etmir. Belə ki, demoqrafik göstəricilərin sabit qalması üçün hər bir qadına ortalama 2,1 uşaq düşməlidir. Müqayisə üçün qeyd edək ki, 1980-ci illərin sonlarında Ermənistanda bu əmsal kifayət qədər yüksək olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR