Onlayn ictimai-siyasi qəzet
Axşam saatlarında Ermənistanda panika yaşanıb.
Musavat.com bildirir ki, Qafan bölgəsində atəş səslərinin eşidildiyi barədə şayiələr yayılıb. Müdafiə Nazirliyi isə xəbəri təkzib edib. “Ermənistan ərazisində atəş səsləri və ya partlayış səsləri eşidilməyib”, - Ermənistan Müdafiə Nazirliyi mətbuatın Qafan şəhərində (Ermənistanın cənubunda) artilleriya atəşinin eşidilməsi barədə xəbərinə cavab olaraq bildirib.
Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan qeyd edib ki, bu cür manipulyasiya başlıqlı yazılar cəmiyyətdə lazımsız gərginlik yaradır.
Musavat.com
09 Iyun 2026
01:51 Paşinyanın böyük qələbəsi, yoxsa gizli məğlubiyyəti? – Ermənistan seçkilərinin bütün şifrələri
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ