İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Rusiya sərhədçilərini Türkiyə ilə sərhəddən çıxarır - iddia və təkzib

Diplomatik mənbələrə istinad edən Ermənistan KİV-i Rusiya sərhədçilərinin Türkiyə ilə həmsərhəddə yerləşən Axurik keçid məntəqəsindən geri çəkildiyini bildiriblər.

Musavat.com xəbər verir ki, yerli mediada yayılan bu xəbər daha sonra təkzib edilib. “Türkiyə sərhədinə yaxın Axurik kəndində rus sərhədçilərinin geri çəkilməsi ilə bağlı məlumat yoxdur. Bu barədə yerli hakimiyyət orqanları və sakinlər məlumat verib” - erməni mediası yazıb.

Bundan əvvəl News.am saytı diplomatik mənbəyə istinadən xəbər vermişdi ki, Ermənistan hakimiyyəti yaxın vaxtlarda Şirak rayonundakı Axurik sərhəd-keçid məntəqəsindən rus sərhədçilərini geri çəkmək niyyətindədir.

Nəşr onu da iddia edib ki, həmin ərazidə, ehtimal ki, Ermənistan bayrağı üçün yeni bayraq dirəyi quraşdırılıb.

Kənd muxtarı Marzpet Sarkisyan “Sputnik Ermənistan”ın müxbirinə deyib ki, o, belə planlar barədə heç nə eşitməyib və ərazidə heç bir əməli dəyişiklik müşahidə etməyib. Yerli sakinlər onu da qeyd ediblər ki, KİV-də yayılan məlumatlara baxmayaraq, vəziyyət dəyişməz olaraq qalır.

Maraqlıdır ki, bu xəbər Rusiya səfirinin Ermənistan XİN-ə çağırılmasından və rusiyalı teleaparıcı Solovyovun təhdid dolu çıxışı ilə əlaqədar Moskvaya nota verilməsindən sonra yayılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR