Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Nazeli Bağdasaryanla müxalif “Güclü Ermənistan” blokunun deputatı Ruben Mxitaryan arasında əmlak məsələsi üstündə gərgin mübahisə yaranıb.
Musavat.com bildirir ki, hadisə sentyabrın 15-də parlamentin Ərazi idarəetməsi və ətraf mühitin mühafizəsi üzrə daimi komissiyasına sədr seçilməsi məsələsinin müzakirəsi zamanı baş verib.
Komissiya sədrliyinə namizəd olan Ruben Mxitaryana Nazeli Bağdasaryan qanunsuz əldə edilmiş əmlakla bağlı sual ünvanlayıb.
Mxitaryan isə cavabında söhbəti başqa istiqamətə çevirərək Gümrünün şəhər meydanında yerləşən “Tsayg” teleşirkətinə məxsus qiymətli torpaq sahəsinin taleyi ilə maraqlanıb.
““Tsayg” teleşirkətinin Gümrünün meydanında yerləşən o gözəl torpaq sahəsi necə və kimə keçib?” – müxalif deputat soruşub.
Bu cavab hakim partiyanın deputatının sərt reaksiyasına səbəb olub.
Bağdasaryan Mxitaryanı əlində bununla bağlı məlumat varsa, Baş Prokurorluğa müraciət etməyə çağırıb.
“Mən hətta bunu sizdən tələb edirəm. Əks halda, üzr istəyirəm, sizə hörmət edə bilməyəcəyəm. Qoy cinayət işi açılsın. Çünki bu iş üzrə yalan məlumat verdiyinizə görə sizi məhkəməyə çağıracaqlar. Buna sizə zəmanət verirəm”, - deyə hakim partiyanın deputatı bildirib.
Musavat.com
18 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ