İnsanlara hürriyət, millətlərə istiqlal!

Toyunda taxılan qızıllar saxta çıxdı

Gözqamaşdırıcı həyat tərzi və toyunda taxılan qızılların görüntülərindən sonra diqqət mərkəzinə düşən və daha sonra “çirkli pulların yuyulması” ittihamı ilə həbs edilən, Vanlı “Kara Haydar” ləqəbli Mehmet Fatih Tançalanın toyunda taxılan 97 ədəd zinət əşyasından 76-nın qızıl olmadığı müəyyən edilib.

Musavat.com xəbər verir ki, toyundakı qızıl görüntüləri və dəbdəbəli həyat tərzinə görə araşdırmaya düşən Mehmet Fatih Tançalan ötən həftə saxlanıldıqdan sonra “çirkli pulların yuyulması” ittihamı ilə həbs edilib.

Vanlı “Kara Haydar” ləqəbli Tançalanın toyundan sonra başlanan istintaq çərçivəsində polis və MASAK araşdırmaları dərinləşdirib.

Toyda taxılan və bir evin yardımçı tikilisində aşkarlanan zinət əşyaları ilə bağlı hazırlanan ekspertiza hesabatında 97 ədəd zinət əşyasından 76-nın qızıl olmadığı müəyyən edilib. Sözügedən 76 əşyanın qarşısında hesabatda “qızıl deyil” qeydi aparılıb.

Digər tərəfdən, müsadirə edilən qızıllar arasında çəkisi 580,04 qram olan 22 əyarlı qızıl boyunbağı - “Hindistan dəsti” (kolye) - həqiqi qızıl kimi müəyyən edilib.

Van Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Tançalan, sosial media fenomeni olan həyat yoldaşı Çağla Öz Tançalan və bir qohumu “cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs ediliblər.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR