İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan BU ÖLKƏ ilə birgə hərbi təlimlər KEÇİRƏCƏK

Polşa Ermənistanla birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Musavat.com xəbər verir ki, bu məsələ Ermənistanın müdafiə naziri Suren Papikyanın Varşavaya səfəri və Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamışla apardığı danışıqlar zamanı müzakirə olunub.

Ermənistan KİV-lərinin yaydığı məlumata görə, tərəflər həmçinin hərbi ali məktəblər arasında əməkdaşlıq və iki ölkənin müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bundan əlavə, S.Papikyan və V.Kosinyak-Kamış Ermənistanın Varşavadakı səfirliyində hərbi attaşe ofisinin açılmasını planlaşdırıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR