İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan tərəfləri təcili dialoqa çağırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran–ABŞ tərəflərini təcili dialoqa çağırıb.

Türkiyə lideri diplomatik səylərin gücləndiriləcəyini bildirib.

“Dialoq və diplomatik həll üçün ciddi səylər göstərdik. Cənab Tramp və cənab Pezeşkian ilə bu məsələləri müzakirə etdik. Lakin tərəflər arasında lazımi etimad və təhlükəsizlik zəmini tam olaraq formalaşa bilmədi.

İranın suverenliyini açıq şəkildə pozan və dost, qardaş İran xalqına qarşı yönəlmiş hücumları qınayırıq. Eyni zamanda, İran tərəfindən həyata keçirilən raket və dron hücumlarını da qəbuledilməz hesab edirik”, Ərdoğan qeyd edib.//apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR