İnsanlara hürriyət, millətlərə istiqlal!

Əraqçi təcili İsveçrəyə GEDİR - Kritik danışıqlar başlayır

İranın baş danışıqçısı Abbas Əraqçi bu axşam İsveçrəyə yola düşür. Səfər zamanı onu Pakistanın daxili işlər naziri müşayiət edəcək.

Musavat.com-un məlumatına görə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, nümayəndə heyəti danışıqları davam etdirmək üçün İsveçrəyə səfər edir.

Səfərin əsas məqsədi qarşı tərəfdən öz öhdəliklərini yerinə yetirməsini tələb etməkdir.

"Bu addım digər tərəfin öz öhdəliklərinə əməl etmək məsələsində nə dərəcədə ciddi olduğunu aydınlaşdırmaq məqsədi daşıyır", - deyə XİN rəsmisi vurğulayıb.

Danışıqların növbəti mərhələsi və əldə olunacaq nəticələrlə bağlı proseslər diqqətdə saxlanılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2026

20 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR