İnsanlara hürriyət, millətlərə istiqlal!

“Elnarə hər zaman öz yolunda xod gedib”

Müğənni Elnarə Xəlilova illər əvvəl ifa etdiyi “Cibdə varsa pul” mahnısının klipini yenidən sosial şəbəkə hesabında paylaşıb.

Musavat.com xəbər verir ki, sənətçinin paylaşımına yazdığı qeyd diqqət çəkib.

Elnarə Xəlilova klipi “Pul xərcləməyi bacarmaq lazımdır” sözləri ilə təqdim edib.

Paylaşım izləyicilər arasında da maraq doğurub. İzləyicilərdən birinin “Elnarənin xod gedən vaxtları” şərhinə müğənni cavab verib.

“Elnarə hər zaman öz yolunda xod gedib”, – deyə sənətçi bildirib.

Onun bu cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR