Onlayn ictimai-siyasi qəzet
Aktyor Elcan Rəsulov sosial şəbəkədə aparıcı Emin Əfəndi ilə birlikdə hazırladıqları yeni meyxana yarışmasından yazıb.
Musavat.com xəbər verir ki, o, bu layihəsinə görə ötən mövsüm aparıcılığını etdiyi "El canlı" verilişinin yayımını dayandırdığını bildirib:
"Martdan üzərində işlədiyimiz layihənin ilk tizerini sizə təqdim edirəm. İşlərinin çoxluğu səbəbindən, hətta gündəlik yayımlanmalı olan "El canlı" proqramını da dayandırmağa qərar verdik. Demək olar ki, televiziya üçün ən çətin layihələrdən birinin üzərində çalışırıq. Hər bir detalı yüksək səviyyədə düşünürük".
Aktyor yeni layihəsinin tezliklə izləyicilərə təqdim edəcəyini bildirib.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ