İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcəmidə yol çökdü – avtobus gözləyən sakinlər təhlükə qarşısında

Bakının Memar Əcəmi ərazisində yol çöküb.

Musavat.com xəbər verir ki, hadisə KFC restoranının yanındakı avtobus dayanacağının yaxınlığında qeydə alınıb.

Məlumata görə, yolun çökmüş hissəsinin düz yanında insanlar kütləvi şəkildə avtobus gözləyirlər. Bu isə ərazidən istifadə edən sərnişinlər üçün müəyyən təhlükə yaradır.

Hazırda yolun çökməsinin səbəbi və ərazidə təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi məlum deyil. Sakinlər aidiyyəti qurumların problemdən xəbərdar olaraq ərazidə müvafiq tədbirlər görəcəyinə ümid edirlər.

yol.jpg (58 KB)


Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR