Onlayn ictimai-siyasi qəzet
Telegram mesajlaşma platformasının təsisçisi Pavel Durov Rusiyanın Maliyyə Monitorinqi Xidmətinin ("Rosfinmonitorinq") terorçular və ekstremistlər siyahısına əlavə olunub.
Musavat.com xəbər verir ki, Rusiya hüquq-mühafizə orqanları tərəfindən ona qarşı terrorizmə yardım etmək ittihamı irəli sürülüb. Buna səbəb kimi "Dayvinçik/Leo" botunun fəaliyyəti göstərilib. İstintaqın versiyasına görə, Ukrayna xüsusi xidmət orqanları məhz həmin bot vasitəsilə gənc rusiyalıları təxribat törətməyə cəlb etməyə çalışıblar.
Məlumata əsasən, bir il ərzində Rusiyanın müxtəlif regionlarında bu əlaqələrlə bağlı 12-22 yaş arası 46 nəfər saxlanılıb.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ