İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya nizamı dağılır: Almaniya kanslerindən qorxulu açıqlama

Almaniya kansleri Fridrix Merz beynəlxalq münasibətlər sisteminin faktiki olaraq sona çatdığını bildirib.

Musavat.com xəbər verir ki, kansler Çinin qlobal asılılıqlardan istifadə edərək beynəlxalq sistemi öz maraqları istiqamətində formalaşdırdığını deyib.

Onun sözlərinə görə, Pekin texnologiya, ticarət və logistika zəncirlərində yaradılan bağlılıqları siyasi təsir alətinə çevirir və bununla güc balansını dəyişir.

Merz əlavə edib ki, hüquq və qaydalara əsaslanan beynəlxalq nizam dağılma həddinə çatıb və hətta ən yaxşı dövrlərində belə qüsurlu olan bu sistem artıq real olaraq mövcud deyil.

Kansler hesab edir ki, dünya yeni, daha sərt geosiyasi rəqabət mərhələsinə daxil olur və dövlətlər təhlükəsizlik və iqtisadi strategiyalarını buna uyğun yenidən qurmalı olacaq.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR