İnsanlara hürriyət, millətlərə istiqlal!

"Donbas verilməyəcək"–Zelenskidən ABŞ-a çağırış, Moskvaya sərt xəbərdarlıq

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin nizamlanması ilə bağlı Birləşmiş Ştatlara yeni sülh təklifləri təqdim etdiyini bəyan edib.

Musavat.com xəbər verir ki, təkliflərin təfərrüatlarını açıqlamayan Ukrayna lideri ABŞ-ın danışıqlar prosesində daha fəal iştirak etməsinin vacibliyini vurğulayıb.

Zelenski Rusiya Prezidenti Vladimir Putinin müharibəni dayandırmağa hazır olmadığını və Moskvaya tətbiq edilən təzyiqlərin kifayət qədər olmadığını bildirib.

O, həmçinin Ukraynanın sülh naminə Donbasın qalan hissəsini güzəştə getməyəcəyini və təhlükəsizlik zəmanətlərinin Kiyev üçün əsas şərt olaraq qaldığını xüsusi qeyd edib.

Öz növbəsində, Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Moskvaya Volodimir Zelenskinin Amerika tərəfinə təqdim etdiyi təkliflər barədə heç bir məlumatın daxil olmadığını deyib. Ryabkovun sözlərinə görə, Vaşinqton həmin sənədləri Rusiya tərəfinə ötürməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR