İnsanlara hürriyət, millətlərə istiqlal!

Dmitriyev Davosda Trampın komandası ilə görüşəcək

Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriyev Qrenlandiya məsələsinin Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsinə dair müzakirələri arxa plana keçirməsinə baxmayaraq, Davosda Trampın komandası ilə görüşəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, K.Dmitriyevin Davosa səfəri bu həftə planlaşdırılır. Mənbələrə görə, o, Trampın nümayəndələri ilə beynəlxalq təhlükəsizlik də daxil olmaqla bir sıra məsələləri müzakirə etmək niyyətindədir. Qrenlandiya məsələsinın aktuallaşması ilə forumun gündəliyində dəyişikliklər olmasına baxmayaraq, Rusiya-Ukrayna müharibəsinin də müzakirə olunan mövzular arasında qalacağı gözlənilir.

Əvvəllər Kiyev və Avropa ölkələrinin nümayəndələri Davosda Trampın ətrafı ilə görüşün əhəmiyyətini vurğulayaraq, bunu təhlükəsizlik zəmanətlərinin gücləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirirdilər. Lakin son günlərdə Qərb mediasının diqqəti iqlim gündəliyi və Arktika məsələləri də daxil olmaqla digər sahələrə yönəlib.

K.Dmitriyev isə ABŞ-ni təmsil edən həmkarları ilə vaxtaşırı görüşlər keçirməkdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR