İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda zəlzələ oldu

İmişli rayonunda yeraltı təkanlar qeydə alındı

Musavat.com xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu ölkə ərazisində yeni seysmik hadisənin qeydə alınması ilə bağlı rəsmi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar Saatlı stansiyasından 25 kilometr cənubda — İmişli rayonu ərazisində baş verib.

Mərkəzin təqdim etdiyi məlumatlara əsasən, qeydə alınan zəlzələnin maqnitudası 3.1-ə bərabər olub. Təbiət hadisəsinin ocağı yerin 43 kilometr dərinliyində yerləşib. Zəlzələnin dərinlikdə baş verməsi və nisbətən kiçik maqnitudalı olması səbəbindən yeraltı təkanlar əhali tərəfindən hiss edilməyib, hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2026

16 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR