İnsanlara hürriyət, millətlərə istiqlal!

Dizel böhranı: Qiymətlər rekord həddə yüksəldi

ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı zavodlarına (NEZ) endirilən zərbələrə görə Ukraynanı günahlandırması ölkədəki real iqtisadi mənzərəni əks etdirmir.

Musavat.com xəbər verir ki, Birləşmiş Ştatlarda yaranan kəskin dizel böhranının əsas səbəbi Yaxın Şərqdə alovlanan müharibə, Hörmüz boğazının blokadaya alınması və Səudiyyə Ərəbistanının strateji neft kəmərinin fəaliyyətini dayandırmasıdır. Bu amillər ucbatından dəniz bazarı hər gün 2,5 milyon barel neftdən məhrum olur.

Ukrayna ordusunun Rusiyanın neft emalı infrastrukturlarına endirdiyi zərbələr yalnız mövcud defisit fonunda vəziyyəti daha da ağırlaşdırır. Lakin hətta bu zərbələrin təcili şəkildə dayandırılması da dərhal müsbət nəticə verməyəcək, çünki sıradan çıxarılmış NEZ-lərin bərpası üçün həftələrlə vaxt tələb olunur.

Bütün bu baş verənlərin nəticəsi kimi, ABŞ-də dizelin bir qallonunun qiyməti rekord həddə — 6,27 dollara qədər sıçrayıb. Ölkədə kommersiya yanacaq ehtiyatları son altı aydır aramsız azalır, dövlətin strateji neft rezervlərindən istifadə imkanları isə artıq tamamilə tükənib.

Ekspertlərin rəyinə görə, bu təhlükəli gedişat qlobal yanacaq bazarını uzunmüddətli və dərin bir böhran mərhələsinə sürükləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR