Onlayn ictimai-siyasi qəzet
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır
Musavat.com xəbər verir ki, rayonun Yüzbəy Mürsəlov, Qurban Abbasov, Salman Mümtaz, Xanlar küçələri, eləcə də 20-ci sahə ərazisi və Badamdar qəsəbəsində 20-yə yaxın binanın sökülməsinə başlanılacaq.
Uzun müddətdir bu xəbəri gözləyən sakinlər deyirlər ki, artıq bu evlərdə yaşamaq mümkün deyil. Bəzi sakinlər isə təklif olunan kompensasiya ilə razılaşmadığını bildirir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş planına əsasən artıq ötən ildən 200-dən çox qəzalı və istismar müddətini bitirmiş binaların söküntüsünə start verilib. O ki qaldı bu ərazilərdə sakinlərə veriləcək kompensasiyalara, o barədə hələ ki, heç bir informasiya yoxdur.
Vüqar Oruc onu da əlavə edib ki, söküntü prosesinin həm investorlar, həm də dövlət hesabına həyata keçirilməsi nəzərdə tutulur. İnvestoralar tərəfindən sökülən binaların yerində yeni yaşayış binalarının inşası, dövlət hesabına köçürüləcək ərazilərdə isə abadlıq işlərinin aparılması, park və yaşıllıq sahələrinin salınması plalaşdırılır.Qaynarinfo
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ