İnsanlara hürriyət, millətlərə istiqlal!

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olub

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyində olublar.

"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatlar Azərbaycan xalçaçılığının tarixi və tarixi eksponatlarla tanış olublar.

Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR