İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM bu tarixdə imtahan KEÇİRƏCƏK

Fevralın 28-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda TOEFL iBT imtahanı keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd edilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL iBT imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR