Onlayn ictimai-siyasi qəzet
Türkiyəli müğənni Deniz Seki evində bədbəxt qəza keçirib.
Balkona çıxmaq istəyərkən ayağı sürüşərək yıxılan sənətçi xəstəxanaya çatdırılıb. Müayinələr zamanı onun kalça sümüyündə sınıq və onurğasında zədələnmə aşkarlanıb.
Hadisənin İstanbulda, gecə saat 03:30 radələrində baş verdiyi bildirilir. Məlumata görə, Seki balkona çıxmaq istəyərkən ayağının sürüşməsi nəticəsində müvazinətini itirərək yıxılıb.
Hadisədən sonra müğənninin iş yoldaşı Cemal Günbaş təcili yardım çağırıb. Seki ambulansla xəstəxanaya aparılıb.//Demokrat.az
12 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ