İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: İspaniya Avstriyanı darmadağın edərək 1/8 finala yüksəldi - VİDEO

DÇ-2026-nın 1/8 final mərhələsində İspaniya millisi Avstriyanı 3:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

Musavat.com xəbər verir ki, İspaniya yığmasının qollarını 36 və 89-cu dəqiqələrdə Mikel Oyarzabal, 66-cı dəqiqədə isə Pedro Porro vurub.

Bu qələbə ilə İspaniya dünya çempionatının 1/8 finalına yüksəlib.

***

DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İspaniya – Avstriya qarşılaşmasında üçüncü qol vurulub.

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal 89-cu dəqiqədə fərqlənərək həm oyunda ikinci qolunu vurub, həm də komandasının üstünlüyünü 3:0-a çatdırıb.

***

Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İspaniya – Avstriya oyununda hesab 2:0 olub.

İspaniya millisinin müdafiəçisi Pedro Porro 66-cı dəqiqədə fərqlənərək komandasının ikinci qolunu vurub və ispanların üstünlüyünü möhkəmləndirib.

***

DÇ-2026: İspaniya ilk hissəni üstün başa vurdu

Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İspaniya – Avstriya qarşılaşmasının ilk hissəsi İspaniya millisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Görüşün yeganə qolunu 36-cı dəqiqədə Mikel Oyarzabal vurub.

İspaniya ilk hissədə oyuna tam nəzarət edib. Komanda topa 64 faiz sahib olub, 11 zərbə endirib, bunlardan 6-sı qapıya yönəlib. Avstriya isə ilk 45 dəqiqədə qapıya doğru zərbə vura bilməyib.

***

İspaniya hesabı açdı: Oyarzabal Avstriyanı məyus etdi

Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/16 final mərhələsində keçirilən İspaniya – Avstriya oyununda hesab açılıb.

İspaniya millisinin hücumçusu Mikel Oyarzabal 36-cı dəqiqədə rəqib qapısına yol taparaq komandasını 1:0 hesabı ilə önə çıxarıb.

23:00***

İspaniya – Avstriya oyunu başladı

Musavat.com xəbər verir ki, 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində İspaniya və Avstriya milliləri üz-üzə gəlir.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Görüşün qalibi 1/8 finalda Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2026

02 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR