İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxdan Türkiyəyə kimi: Paşinyan açıqladı

Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq yükdaşımaları üçün yeni avtomobil marşrutunun açılması imkanından danışıb.

Musavat.com xəbər verir ki, Paşinyan beynəlxalq yükdaşımaları üçün Ermənistanın şimalındakı avtomobil yollarının ödənişli əsaslarla istifadəyə verilməsi imkanının nəzərdən keçirildiyini bildirib.

Baş nazir bir daha vurğulayıb ki, Mərkəzi Asiyadan Avropaya ən qısa yol Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçir.

Onun sözlərinə görə, hazırda Avropa İttifaqı ilə Azərbaycanın Qazax rayonundan İcevana, oradan isə Vanadzor, Gümrü və Axurik (Türkiyə sərhədi) istiqamətində beynəlxalq yükdaşımaları üçün magistral yolun açılması üzərində iş aparılır.

Paşinyan əlavə edib ki, layihənin həyata keçirilməsi texniki baxımdan asandır və bunun üçün yalnız siyasi razılıq lazımdır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR