Onlayn ictimai-siyasi qəzet
Fransa millisi Dünya Çempionatının qrup mərhələsində Norveçə böyük hesabla qalib gəlib.
Musavat.com xəbər verir ki, Norveç – Fransa matçı 1:4 hesabı ilə başa çatıb.
Fransanın qollarını Usman Dembele və Dezir Doue vurublar. Dembele 7, 20 və 32-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Dezir Doue isə 90+4-cü dəqiqədə matçın yekun hesabını müəyyənləşdirib.
Norveçin yeganə qolunu 21-ci dəqiqədə Thelo Aasgaard vurub.
***
Usman Dembele Norveçlə oyunda het-trik edib.
Musavat.com xəbər verir ki, Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçirilən Norveç – Fransa matçında növbəti qol vurulub.
Qarşılaşmanın 32-ci dəqiqəsində Usman Dembele Aurelien Tchouameninin ötürməsindən sonra fərqlənərək hesabı 3:1 edib.
Dembele bundan əvvəl 7-ci və 20-ci dəqiqələrdə də rəqib qapısına yol tapmışdı. Norveçin qolunu isə 21-ci dəqiqədə Thelo Aasgaard vurub.
Hazırda hesab Fransanın xeyrinə 3:1-dir.
***
Norveç və Fransa arasında keçirilən Dünya Çempionatının qrup mərhələsinin 3-cü tur oyununda növbəti qol vurulub.
Musavat.com xəbər verir ki, Norveç millisi Fransa ilə oyunda hesab arasındakı fərqi azaldıb.
Hazırda qarşılaşmada hesab Fransanın xeyrinə 2:1-dir.
Qarşılaşmada vurulan qolun videosunu təqdim edirik.
***
Norveç və Fransa arasında keçirilən Dünya Çempionatının qrup mərhələsinin 3-cü tur oyununda ikinci qol vurulub.
Musavat.com xəbər verir ki, Fransa matçda hesab arasındakı fərqi iki topa çatdırıb.
Hazırda qarşılaşmada hesab Fransa millisinin xeyrinə 2:0-dır.
Qarşılaşmada vurulan ikinci qolun videosunu təqdim edirik.
23:00***
Norveç və Fransa arasında keçirilən Dünya Çempionatının qrup mərhələsinin 3-cü tur oyunu başlayıb.
Musavat.com xəbər verir ki, qarşılaşmanın cəmi 7-ci dəqiqəsində Fransa millisi hesabı açıb. Usman Dembele fərqlənərək komandasını önə keçirib.
Hazırda hesab Fransanın xeyrinə 1:0-dır.
Musavat.com
04 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ