Onlayn ictimai-siyasi qəzet
Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu aktiv partiya siyasətindən çəkildiyini və 2019-cu ildə yaratdığı Gələcək Partiyasının fəaliyyətinə son verdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Davudoğlu "Sabahın Türkiyəsi üçün" adlı yazılı bəyanatında partiyanın səlahiyyətli orqanları ilə məsləhətləşmələrdən sonra bu qərarın qəbul edildiyini bildirib.
O, çirklənmiş siyasi iqlimin bir parçası olmamaq məqsədilə partiya siyasətindən çəkilmək və Gələcək Partiyasının siyasi fəaliyyətini dayandırmaq qərarı aldıq deyə vurğulayıb. Davudoğlu bunun məğlubiyyət deyil, prinsipial mövqe nümayiş etdirmək üçün verilmiş qərar olduğunu qeyd edib.
2019-cu ildə Ədalət və İnkişaf Partiyasından ayrıldıqdan sonra yaratdığı Gələcək Partiyası Türkiyə siyasətində müxalifət blokunun tərkibində fəaliyyət göstərirdi.
Musavat.com
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ