İnsanlara hürriyət, millətlərə istiqlal!

Davosda MÜHÜM GÖRÜŞ: Umerov Kuşner və Uitkoffla NƏLƏRDƏN DANIŞDI...

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Davosda ABŞ prezidentinin nümayəndələri Cared Kuşner və Stiv Uitkoffla görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, görüşün əsas mövzuları iqtisadi inkişaf, müharibədən sonra bərpa və Ukrayna üçün təhlükəsizlik zəmanətləri olub.

“Tərəfdaşlarımızı Rusiyanın mülki infrastrukturu atəşə tutması, xüsusən də Kiyevdəki vəziyyət barədə məlumatlandırdıq. Burada hücumlar milyonlarla insanı elektrik enerjisi və istiliksiz qoyub”, - deyə Umerov bildirib.

Xatırladaq ki, bu gün Trampın nümayəndələri Kremlə yola düşəcək, prezident Zelenski isə Davosa səfər edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR