Onlayn ictimai-siyasi qəzet
Çexiya 2027-ci ilin mayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirak etməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin ictimai yayımçısı "Česká televize" (ČT) məlumat yayıb.
Qərarın maliyyə məhdudiyyətləri ilə bağlı olduğu bildirilir. Yayımçı 2027-ci ildə büdcə xərclərini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
ČT rəhbərliyi müsabiqənin tamaşaçılar üçün böyük əhəmiyyət kəsb etdiyini anladıqlarını vurğulayıb, çexiyalı təmsilçilərə və azarkeşlərə dəstəyə görə təşəkkürünü bildirib.
Xatırladaq ki, bundan əvvəl sentyabr ayında İrlandiyanın RTÉ teleradioşirkəti İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq 2027-ci ildə yarışmaya qatılmayacağını və şounu yayımlamayacağını bəyan etmişdi.
Avqust ayında isə Niderlandın AVROTROS yayımçısı analoji qərar qəbul edib.
"Avroviziya-2027" mahnı müsabiqəsi 2027-ci ilin may ayında Burqas şəhərində təşkil olunacaq.
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ