İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən ABŞ-yə sərt xəbərdarlıq: “Kosmosu döyüş meydanına çevirməyin!”

Çin ABŞ-ni kosmosda hərbi fəaliyyətini artırmamağa və qlobal strateji sabitliyi qorumağa çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun Pekində keçirdiyi mətbuat konfransında danışıb.

O, ABŞ-ın kosmosa silah yerləşdirdiyini təsdiqləyən açıqlamasını şərh edərkən bildirib ki, Çin kosmosdan dinc məqsədlərlə istifadənin və onun təhlükəsizliyinin təmin edilməsinin tərəfdarıdır.

Guo Jiakun vurğulayıb ki, Pekin kosmosda silahlanma yarışına və kosmosun silahlandırılaraq döyüş meydanına çevrilməsinə yönəlmiş cəhdlərə qarşıdır.

“ABŞ-yə kosmosda hərbi yığınağını artırmağa son verməyi və qlobal strateji sabitliyi konkret addımlarla qorumağı çağırırıq”, – deyə Çin rəsmisi bildirib.

Könül, Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR